Bakı. Trend:
Paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində yolqəzası olub, sıxlıq yaranıb.
Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetməMərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, Poladəritmə zavodunun qarşısında, köməkçi yoldayol-nəqliyyat hadisəsi baş verib.
Qəza səbəbindən həm metronun "Koroğlu", həm də "20 Yanvar"stansiyaları istiqamətində sıxlıq yaranıb.