AZ

Paytaxtın mərkəzində 2 göyrüş ağacı kəsilib

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən bildirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı köküstə yaş 40 sm diametrliyində 2 ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədi ilə Bakı Şəhər Baş Polis İdarəsinə məktub göndərilib.

Report.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
press.az

1Mənbələr