AZ

"Qısa müddətdə əsl fəlakətlə üzləşəcəyik" - Serbiyalı nazirdən səs-küylü AÇIQLAMA

Serbiyanın baş naziri Aleksandr Vuçiçin son açıqlaması səs-küyə səbəb olub.

 

Sfera.az bildirir ki, o, çox qısa müddətdə dünyada böyük müharibənin başlaya biləcəyindən narahat olduğunu deyib. Vuçiç bu barədə İsveçin “Die Weltwoche” jurnalına müsahibə verərkən danışıb:

 

“Üç-dörd ay ərzində Rusiya ilə Qərb arasında böyük münaqişə yaranacaq. Mümkün müharibəyə hazırlıq üçün ölkəmizdəki un, yağ və şəkər ehtiyatlarını yoxlamışıq”.

 

Qərbi Ukraynadakı müharibəni qızışdırmaqda günahlandıran Vuçiç savaşda ritorika və vəziyyətin günü-gündən pisləşdiyini ifadə edib:

 

“Böyük dövlətlər heç nə etməsə, biz bunun acı sonunu görəcəyik. Əminəm ki, biz qısa müddətdə əsl fəlakətlə üzləşəcəyik”.

 

54 yaşlı Serbiya lideri dünya müharibəsinin mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb:

 

“Mən üçüncü dünya müharibəsindən danışa bilmərəm, amma böyük münaqişədən söz açıram. İnanıram ki, biz bundan uzaq deyilik”.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
sfera.az

2Mənbələr