AZ

Husilər: Üç gəmini vurduq

Qırmızı dənizdəki hücumları ilə qlobal ticarəti təhdid edən Yəməndə İranın dəstəklədiyi husilər 3 gəmini vurduqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Oman dənizində iki gəmini və bir ABŞ esminesini raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurduqlarını iddia ediblər.

Husilərin "Əl-Mesirah" televiziya kanalına danışan Hərbi sözçüsü Yəhya Seri, "Qırmızı dəniz və Oman dənizində 3 hərbi əməliyyat keçirdilər" dedi.

Qırmızı dənizdə ABŞ esminesinin ballistik raketlərlə, "Kapitan Paris" adlı gəminin isə dəniz raketləri ilə hədəf alındığını qeyd edən Seri, Ərəb dənizində "Happy Condor" adlı gəminin İHA-larla vurulduğunu iddia edib.

Husilərin sözçüsü qeyd edib ki, Qəzza zolağına hücumlar bitənə və bölgədəki blokada aradan qalxana qədər hücumlar davam edəcək.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
turkustan.az

3Mənbələr