AZ

Siyəzəndə cüdo üzrə kütləvi idman tədbiri

Siyəzən şəhər stadionunun idman zalında "Sağlam həyat" layihəsi çərçivəsində cüdo idman növü üzrə kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, idman tədbirinin keçirilməsində əsas məqsəd cüdo idman növünün və sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyinin artırılması, yeniyetmələrin fiziki sağlamlıqlarının qorunması və möhkəmləndirilməsi, həmçinin asudə vaxtın səmərəli təşkil olunmasıdır.

İdman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məşqçi-müəllim Zaur Həmzəyev və gənc cüdoçular iştirak etmişlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
rekord.az

1Mənbələr