AZ

Ölkə xaricində olan Bəxtiyar təklifləri gözdən keçirir

"Həm Azərbaycan Premyer Liqasından, həm də Türkiyə I Liqasından təkliflərim var. Nəzərdən keçirirəm. Bir neçə gün əvvəl Azərbaycandaydım. Hazırda isə başqa ölkədə istirahət edirəm". Bu sözləri Sport24.az-a açıqlamasında Bəxtiyar Həsənalızadə deyib.
Təcrübəli müdafiəçi gələcəyi ilə bağlı tələsik qərar vermək istəmədiyini də vurğulayıb: "Yerli klubların bir neçəsi məni öz heyətində görmək istəyir. Təkliflər gəlib, ancaq şərtlər barədə söhbət etməmişik. Əslində legioner həyatı yaşamaq da fikrindəyəm. Karyeramı Türkiyədə davam etdirmək istəyirəm. Sadəcə, qardaş ölkədə "transfer pəncərəsi" bizdən gec açılır. Ona görə də ilk olaraq bizim klublarla danışıqlar aparacam. Sərfəli təklif olsa Vətəndə qala bilərəm, əks halda yenidən Türkiyəyə üz tutacam".
 
Qeyd edək ki, ötən mövsümün yekunlarına görə Bəxtiyarın formasını geyindiyi "Tuzlaspor"I liqada yerini itirib. Yerli federasiyanın qərarına əsasən, II Liqada yalnız Türkiyə pasportu daşıyan futbolçuların xidmətindən istifadə edilə bilər.ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
sport24.az

1Mənbələr