AZ

Kvirkviya "Kəpəz"dən incik gedir: “Təklif gülünc idi”

"Məqsədim güclü çempionata getmək və özümü göstərməkdir".

Bunu İdman.bizə "Kəpəz"in sabiq futbolçusu Mate Kvirkviya deyib.

Gürcüstanlı yarımmüdafiəçi bildirib ki, klubdan ayrılmaq onun istəyi olmayıb: "Gəncə təmsilçisindən getməyimin bir çox səbəbi var. Onu deyə bilməyəcəm. Ürəyim qırılıb. Ən yaxşı komandamdan ayrıldım. Gəncədə və "Kəpəz"də keçirdiyim vaxtı ən gözəl illər kimi xatırlayacağam".

Kvirkviyanın sözlərinə görə, ölkəmizdə ona təkliflər olsa da, qəbul etməyib: “Bu, gülünc idi və ona görə də razılaşmadım".

Qeyd edək ki, Kvirkvia ötən mövsüm "Kəpəz"in heyətində meydana çıxdığı 30 oyunda 5 qol, 7 asisstlə yadda qalıb.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
1
idman.biz

2Mənbələr