AZ

Lada 2024-cü ildə BƏƏ-də satışa başlaya bilər

AvtoVAZ-ın prezidenti Maksim Sokolov bildirib ki, Lada avtomobilləri 2024-cü ildən Birləşmiş Ərəb Əmirliklərində satılmağa başlaya bilər.

Sokolov qeyd edib ki, avtomobillər Dubaydakı dilerdə təqdim olunacaq. Hazırda maşınlar BƏƏ bazarı üçün sertifikatlaşdırılır.

Onun sözlərinə görə, Dubayın mərkəzi avtomobil küçəsində yerləşən diler mağazasının sahibi Lada avtomobillərinə maraq göstərib.

“AvtoVAZ-ın prezidenti izah edib: “Avtomobillərin ilk partiyası sınaq üçün alınır və müvafiq olaraq BƏƏ bazarı üçün sertifikatların alınması prosesi gedir”.

Sokolov əlavə edib ki, avtomobillərdə çox şey dəyişdiyindən, xüsusən də elektron arxitekturada – idarəetmə blokları, aktiv və passiv təhlükəsizlik sistemləri dəyişdiyi üçün sertifikatlaşdırma prosesi çox vaxt aparır.

Mənbə: Autotech

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
dogru.az

1Mənbələr