AZ

Gürcüstanın Baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Gürcüstanın

Tbilisi, 17 iyun, AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətindən bildirilib.

İrakli Kobaxidze qeyd edib ki, ölkənin müsəlman icması Gürcüstanın ictimai-siyasi həyatında, mədəniyyətinin, iqtisadiyyatının, incəsənətinin inkişafında mühüm rol oynayır.

“Gürcüstanın müsəlman vətəndaşlarını sülh, harmoniya, ümid və xeyirxahlığın qələbəsi bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm" - deyə, Baş nazirin təbrikində vurğulanır.

Gürcüstan hökumətinin başçısı müsəlmanların bayram sevincinə qoşulduğunu bildirib, hər bir ailəyə əmin-amanlıq, firavanlıq və sülh arzulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
4
azertag.az

5Mənbələr