AZ

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhid olan həkimlərin məzarlarını ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-dəimzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibbİşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Trend xəbər verir ki, tibb işçilərinin peşə bayramı ilə əlaqədarsəhiyyə naziri Teymur Musayev, nazirliyin Aparatı və tabeliyindəkimüəssisələrin rəhbər şəxsləri Fəxri xiyabana gələrək xalqımızınümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı vəqurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarıönünə gül dəstələri qoyublar.

Həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanımƏliyevanın, böyük alim, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısıƏziz Əliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin məzarlarıüzərinə də tər çiçəklər düzülüb.

Daha sonra İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərininməzarları ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidolan həkimlərin əziz xatirəsi anılaraq, məzarları üzərinə tərgüllər düzülüb.

Qeyd edək ki, Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlifdərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbitəlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhidolub.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
5
az.trend.az

7Mənbələr