Kolimbiya millisinin qapıçısı David Ospina "Əl-Nəsr"dən ayrılıb.
QOL..az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb.
35 yaşlı qolkiperin başa çatan müqaviləsi uzadılmayıb.
Qeyd edək ki, Ospina 2022-ci ilin yayından "Əl-Nəsr"də çıxış edirdi. O, "Arsenal" və "Napolidə"də də oynayıb.