AZ

Coui Verman “Real”da Toni Kroosu əvəz edəcək? - Özü açıqladı

Futbol üzrə Niderland yığmasının və PSV-nin mərkəz yarımmüdafiəçisi Coui Verman “Real”a keçəcəyi barədə xəbərlərə münasibətini açıqlayıb.

Arena.az xəbər verir ki, Madrid nəhənginin onu “qaymaqlılar”dan ayrılmış alman yarımmüdafiəçi Toni Kroosun əvəzləyicisi kimi nəzərdən keçirməsi ilə bağlı xəbərlər yayılıb.

Vermanın bu barədə fikirlərini təqdim edirik:

“Real”a göndərilməyimə sevinə bilərdim, amma narahatam, çünki bu, yalandır. Yorğunam və özümü yöndəmsiz hiss edirəm. Xüsusilə ona görə ki, bu sualın arxasında tamamilə heç bir əsas olmadığı halda daima cavablamalı oluram. Mən bu vəziyyətlə üzləşirəm, çünki televiziyada kimsə mənim “Real” üçün uyğun olacağımı dilə gətirib, İspaniya qəzetləri isə bu barədə yazırlar”, deyə Coui açıqlayıb.

Xatırladaq ki, Coui Verman “Volendam”ın yetirməsidir. “Herenven”də də çıxış etmiş niderlandlı futbolçu PSV-yə 2022-ci ilin yanvarın 6 milyon avro qarşılığında qoşulub. 25 yaşlı futbolçu Eyndhoven təmsilçisinin heyətində bütövlükdə 115 oyuna çıxıb, 22 qol və 40 məhsuldar ötürmə ilə yadda qalıb.

2023-cü ilin iyun ayında Niderland yığmasında debüt etmiş Verman, milli komandanın heyətində 10 oyuna çıxıb, 1 qol və 4 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
arena.az

1Mənbələr