AZ

Joze Mourinyo həmyerlisini komandasında görmək istəyir

Portuqaliyalı futbolçu Joao Feliks yeni mövsümdə "Fənərbaxça"nın formasını geyinə bilər. Sport24.az xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb.
 
İstanbul klubunun yeni baş məşqçisi Joze Mourinyo həmyerlisini heyətə cəlb olunmasını arzulayır. "Atletiko"ya məxsus Feliks son mövsümü icarə əsasında "Barselona"da keçirib. "Fənərbaxça" da onu icarəyə götürməyi planlaşdırır.
 
Qeyd edək ki, 24 yaşlı hücumçu 2023/2024 mövsümündə 44 oyunda 10 qol və 6 ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
sport24.az

1Mənbələr