AZ

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür » Medical Media


Bu gün Tibb İşçilərinin Peşə Bayramı Günüdür.
 
Medicalmedia.az
xəbər verir ki, hər il iyunun 17-si xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
 
Həmin gün öz tarixini Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün, iyunun 17-də hökumətin kabinəsində Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyi yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə və Sosial Təminat naziri Xudadat bəy Rəfibəyli olub.
 
Bu günün qeyd olunmasında məqsəd tibb işçilərinin zəhmət və əməyinə hörmət və ehtiram göstərmək, onların insan həyatının qorunmasında göstərdikləri əvəzsiz xidmətlərə diqqət yetirmək və Azərbaycanda tibb sahəsinin inkişafına və nailiyyətlərinə nəzər yetirməkdir.
 
Əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.
 
Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların ödənişsiz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə əlaqədar görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.
 
Medicalmedia.az səhiyyə xəbər portalı tibb işçilərini peşə bayramı münasibətilə təbrik edir, bu çətin və şərəfli yolda onlara uğurlar arzu edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
medicalmedia.az

10Mənbələr