AZ

Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Prezident İlham Əliyevin tapşırıqlarına və göstərişlərinə əsasən, son illər səhiyyədə aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə əlaqədar görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Buzovnada yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzi Vətən müharibəsi iştirakçılarının istifadəsinə verilib. 2023-cü ildə 1 570 müharibə iştirakçısı tibbi reabilitasiya xidmətləri, 612 şəhid valideyni isə lazımi tibbi və psixoloji yardımla təmin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
demedia.az

1Mənbələr