AZ

Üzərinə kapitulyator yazılmış gəlincik Paşinyan İrəvan küçələrində - VİDEO

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Artıq bir neçə aydır ki, ölkədə vətəndaş itaətsizliyi aksiyaları keçirilir, Tavuşun arxiyepiskopu Baqrat Srbazanın təşkil etdiyi yürüşlər və mitinqlər zamanı polislə toqquşmalar qeydə alınır.

Müxalifətçilər İrəvan küçələrində tez-tez karikatura və digər təhqiredici aksiyalar da təşkil edirlər. News365.az xəbər verir ki, dünən İrəvanın mərkəzi küçələrində üzərində Nikol Paşinyanın təsviri və “satqın”, “kapitulyator” yazıları olan gəlinciklər peyda olub. "Mamul" nəşrinin yaydığı məlumata görə, baş naziri aşağılayan aksiyanın təşkilatçıları bəlli deyil.

Xatırladaq ki, iki gün öncə İrəvanın müxtəlif küçə və prospektlərində, əsasən hakim partiyadan olan deputatların yaşadıqları məhəllələrdə onların karikaturaları yapışdırılmışdı.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
news365.az

1Mənbələr