AZ

Avropa və dünya çempionatlarında ən çox oyuna çıxan ingiltərəli futbolçudur

"Bavariya" klubunda çıxış edən Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.

Bakıvaxtı.az "Opta Sports"a istinadən xəbər verir ki, hücumçu buna Almaniyada keçirilən Avropa çempionatının I turunda Serbiya komandası ilə görüşdə meydana çıxmaqla nail olub.

Forvard yığmada dünya və Avropa çempionatlarında ən çox matça çıxan oyunçudur. Əsas turnirlərdə 23-cü qarşılaşmasını keçirən Keyn bu göstəricidə Eşli Koulu geridə qoyub.

Qeyd edək ki, İngiltərə Serbiyanı minimal hesabla üstələyib - 1:0. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
5
bakivaxti.az

1Mənbələr