AZ

Böyük amerikalı iş adamları Baydendən məyus olduqları üçün Trampı dəstəkləməyə başladılar

Böyük amerikalı iş adamları ABŞ prezidenti Co Baydendən məyusluq fonunda Donald Trampı getdikcə daha çox dəstəkləyirlər.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr xatırladıb ki, 2021-ci ildə Kapitoliyada baş verən iğtişaşlardan sonra bir çox amerikalı iş adamı Trampdan uzaqlaşıb.

Qeyd olunur ki, bu həftə Amerika administrasiyasının keçmiş rəhbəri Citigroup və Wells Fargo şirkətlərinin rəhbərləri Ceyn Freyzer və Çarli Şarf, Apple şirkətinin baş direktoru Tim Kuk və Walmart şirkətinin baş direktoru Duq Makmillon da daxil olmaqla bir neçə iri biznes nümayəndələri ilə görüşüb. Tramp görüşdə korporativ vergilərin 20%-dən 15%-ə endiriləcəyini etiraf edib.

Mənbə: CNN Türk

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
dogru.az

1Mənbələr