AZ

Oğuzda çətənə kolları becərənlər və narkokuryerlər saxlanılıb

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikvasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-əbildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik tərkiblibitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuşƏləkbər Məmmədəliyev və 58 yaşlı Nemət Abdullayev saxlanılıb.

Ə.Məmmədəliyevin Padar, N.Abdullayevin isə Xaçmaz kəndindəkimeşə zolağında əkdikləri çətənə kolları, gübrə və digər qulluqvasitələri polis əməkdaşları tərəfindən aşkar edilib.

Saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexnikiqulluq göstərdiklərini bildiriblər.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotikvasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 6 nəfərsaxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
35
az.trend.az

10Mənbələr