AZ

Avstraliyanın Baş naziri: Kanberra və Pekin əməkdaşlığı bərpa edib

Kanberra və Pekin iki ölkə arasında münasibətləri sabitləşdirərək tərəfdaşlıqlarını yenilənib və canlandırıb.

APA xəbər verir ki, u sözləri Avstraliyanın Baş naziri Entoni Albanese çinli həmkarı Li Tsyan ilə görüşdən sonra çıxışı zamanı deyib.

Avstraliya hökumətinin başçısı Pekin və Kanberra arasında əlaqələrin iki ölkə hökumətlərinin bir-biri ilə birbaşa işlədiyi zaman ən dinamik şəkildə inkişaf etdiyini bildirib, Avstraliya və Çin arasında dialoqun təkcə hər iki ölkənin xalqları üçün deyil, ümumilikdə Hind-Sakit okean regionu üçün əhəmiyyətini bir daha vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
apa.az

1Mənbələr