AZ

MAQATE rəhbəri: “Fukusima-1”dan suyun buraxılması ekoloji problem yaratmır

Yaponiyanın zədələnmiş “Fukusima-1” atom elektrik stansiyasından təmizlənmiş suyun axıdılması nəticəsində ekoloji problem yoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə MAQATE rəhbəri Rafael Qrossi “İzvestiya”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Yaponiya bu suyun utilizasiyası ilə bağlı plan hazırlayanda onu MAQATE-yə göstərib və qiymətləndirmə tələb edib: “Yalnız MAQATE-nin texniki ekspertləri tərəfindən deyil, həm də çox hörmətli rusiyalı ekspertlərin köməyi ilə çox əziyyətli iş aparıldı. Mən hesab edirəm ki, ətraf mühitin mühafizəsi və nüvə təhlükəsizliyi məsələlərinə gəldikdə ən yaxşıları cəlb etmək çox vacibdir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
ikisahil.az

1Mənbələr