AZ

İsrail: Hizbullah regionu təhlükəli eskalasiyaya aparır

İsrail ordusu hesab edir ki, Hizbullah-ın silahlı birləşmələrinin Livanın İsrail ilə sərhəddindəki hərəkətləri bütün regionu təhlükəli eskalasiyaya aparır.

“İki sahil” xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri deyib.

"Livandakı Hizbullah İsrailə qarşı hücumlarını gücləndirir. Hizbullah müharibəyə qoşulmaq qərarına gələndən bəri İsrail ailələrinə, evlərinə və icmalarına 5000-dən çox raket, tank əleyhinə mərmi və partlayıcı yüklü PUA-lar atıb. “Hizbullahın artan təcavüzü bizi Livan və bütün region üçün dağıdıcı nəticələrə gətirib çıxara biləcək daha geniş eskalasiyanın astanasına qoyur”, - D.Həcəri əlavə edib ki, Hizbullahın hərəkətləri Livanın gələcəyini təhlükə altına alır və Həmas radikallarının əlinə keçir: “Livanla sərhəddə təhlükəsizlik bərpa olunana qədər İsrail öz mülki əhalisini qorumaq üçün lazımi tədbirlər görəcək. Bu və ya digər şəkildə biz israillilərin İsrailin şimalındakı evlərinə təhlükəsiz şəkildə qayıtmasına nail olacağıq. Bu, danışıqlar mövzusu deyil”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
ikisahil.az

1Mənbələr