Serbiya və İngiltərə yığmaları Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatında (AÇ-2024) ilk oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.
Üçüncü oyun gününün sonuncu görüşü C qrupu çərçivəsində Serbiya və İngiltərə yığmaları arasında baş tutub. Qarşılaşma ingilislərin minimal hesablı qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, C qrupunun digər görüşü bu gün Sloveniya və Danimarka yığmaları arasında baş tutub. Bu oyunda qalib müəyyənləşməyib – 1:1.
AÇ-2024
C qrupu
16 iyun
Serbiya – İngiltərə 0:1
Qol: Cud Bellingem, 13.
Baş hakim: Daniele Orsato (İtaliya).
Gelzenkirxen, “Veltins Arena”.