AZ

Husilər Qırmızı dənizi döyüş meydanına çeviriblər

İranyönlü Yəmənin Ənsar Allah hərəkatından olan husilər Amerika esminesi və iki ticarət gəmisinə - Kapitan Paris və Happy Condora hücum edib.

 

Oxu24.com xəbər verir  ki,bunu radikal təşkilatın hərbi nümayəndəsi Yəhya Sarı deyib.

 

O, esminesin Qırmızı dənizdə ballistik raketlərlə hücuma məruz qaldığını iddia edir.

 

Husilər Qırmızı dənizdə gəmi əleyhinə raketlərlə kapitan Paris neft tankerinə də hücum ediblər, mayeləşdirilmiş neft qazı daşıyan tanker Happy Condor isə Ərəbistan dənizində pilotsuz təyyarələrin zərbələri ilə vurulub.

 

Sari "hər üç əməliyyatın məqsədlərinə uğurla çatdığını" bildirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
7
oxu24.com

10Mənbələr