AZ

Bayram günlərində bölgə hotellərində yer varmı? - VİDEO

Qurban bayramı tətilində Lənkərana üz tutan turistlərin sayı ötən illərə nisbətdə daha çox olub.

Bizim.Media xəbər verir ki, artıq bir çox istirahət mərkəzlərində 100 faiz yerlər 10 gün öncədən bron edilb.

Lənkəranda fəaliyyət göstərən istirahət mərkəzləri Qurban bayramında ən çox paytaxtdan gələn qonaqları qəbul edir. 

Bayram tətilində İsmayıllıya üz tutanlar da az deyil.  Bu rayonda fəaliyyət göstərən istirahət mərkəzlərində canlanma müşahidə olunur.

İsmayıllıya gedən yolların təmiri ilə əlaqədar gediş-gəliş narahat olsa da gələn turistlərin sayı azalmayıb.

Qiymətlərə gəlincə, şəraitindən asılı olaraq günlük hotel qiymətləri 50- 200 manat təşkil edir. Verilən məlumata görə, qiymətlərdə bahalaşma müşahidə edilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
Seçilən
89
1
bizim.media

2Mənbələr