AZ

O, 21 yaşına qədər üç böyük turnirdə iştirak edən ilk avropalıdır

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqhem, 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Serbiya ilə qarşılaşmada start heyətində yer alıb.

90deqiqe.Az "Opta Sports"a istinadən xəbər verir ki, Bellinqhem bu oyunla birlikdə 21 yaşına qədər üç böyük turnirdə iştirak edən ilk avropalı futbolçu olub. Gənc yarımmüdafiəçi daha əvvəl Avro-2020, DÇ-2022-də çıxış edib.

Bellinqhem, 2023/2024-cü il mövsümündə Real Madridin heyətində 42 oyun keçirib, 23 qol vurub və 13 məhsuldar ötürmə edib. 20 yaşlı futbolçu, millidə debütünü 2020-ci ilin noyabrında İrlandiya millisinə qarşı ev oyununda (3:0) edib. Hazırda İngiltərə millisində 29 oyun keçirən Bellinqhem, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək. 

Seçilən
144
90deqiqe.az

1Mənbələr