AZ

Kristensen Avropa çempionatlarında dəqiq ötürmələrə görə rekorda imza atdı

Danimarkalı mərkəz müdafiəçisi Andreas Kristensen AVRO-2024-də Sloveniya ilə oyunu mükəmməl dəqiq ötürmələrə görə rekord qırıb.

90deqiqe.Az xəbər verir ki,  “Barselona” futbolçusunun ümumilikdə 89 dəqiq (100 faizlik) ötürmə edərək Avropa çempionatında rekorda imza atıb.

Danimarka - Sloveniya matçı heç-heçə başa çatıb - 1:1. Danimarkalılar 17-ci dəqiqədə Kristian Eriksenin səyi ilə önə keçib, sloveniyalıların heyətində Erik Yanza 77-ci dəqiqədə fərqlənib.

İyunun 20-də Danimarka millisi İngiltərə ilə qarşılaşacaq.

Seçilən
7
90deqiqe.az

1Mənbələr