AZ

"Komanda Avro-2024-ə hazırdır" - De Bruyne

Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne 2024-cü il Avropa çempionatında ilk oyuna hazırlığından danışıb.

90deqiqe.Az xəbər verir ki, "Mançester Siti"də çıxış edən 32 yaşlı futbolçu bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

"Hiss edirəm ki, komanda yaxşı iş görməyə hazırdır və kifayət qədər enerjiyə malikdir. Yanvarda zədədən qayıtdıqdan sonra ümumilikdə hər şeyin yaxşı olduğunu düşünürəm, əksər oyunları oynamışam və fikrimcə, yaxşı səviyyədədir. Buna görə də indi özümü yaxşı hiss edirəm və ümid edirəm ki, Belçikanın uğur qazanmasına kömək edəcəm”

Xatırladaq ki, Belçika turnirə iyunun 17-də başlayacaq, onların rəqibi Slovakiya millisi, hakimlər briqadası olacaq. Bakı vaxtı ilə saat 20:00-da start fiti səslənəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
90deqiqe.az

1Mənbələr