AZ

Fransada Qurban bayramını qeyd edənlərə hücum edilib: iki nəfər yaralanıb

BFMTV xəbər verir ki, silahlı şəxs (2000-ci il təvəllüdlü) Paris ətrafında Ramazan bayramının qeyd olunduğu Bonneuil-sur-Marne şəhərindəki Cotton gimnaziyasına girərək iki nəfəri yaralayıb.

 

Oxu24.com xəbər verir ki,bundan əvvəl o, yaşlı kişiyə hücum edərək, onun alış-verişini əlindən almağa çalışıb.

 

Polis mənbəsinin telekanala verdiyi məlumata görə, zərərçəkənin həyat yoldaşı müdaxilə edib və o, yoxa çıxıb, daha sonra 200 nəfərin bayram namazı üçün toplaşdığı gimnaziyaya girib.

 

Bayram mərasimində iştirak edənlər hücumçunu tutub zərərsizləşdiriblər, bundan sonra o, polis tərəfindən saxlanılıb.

 

Şəhər meriyasının əməkdaşı da daxil olmaqla iki nəfər yüngül xəsarət alıb. Bundan əvvəl saxlanılan şəxs hədə-qorxu ilə pul tələb etməkdə və döyməkdə şübhəli bilinirdi.

 

Miri


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
oxu24.com

1Mənbələr