AZ

Kremlin əsas carçısı Kiyev SES-nin bəndini partlatmağa çağırış edib

"Onlar Belqorodu "kötəkləyir", biz isə Kiyevi "qorumağa" cəhd edirik!.."
 
Rusiyanın əsas təbliğatçısı Vladimir Solovyov "Rossiya-1" federal telekanalının efirində Ukrayna paytaxtını sulara qərq etmək üçün Kiyev SES-nin bəndini partlatmağı təklif edib.
 
Moderator.az xəbər verir ki, bu barədə işğal altında olan Mariupol şəhər merinin müşaviri Pyotr Andryuşşenko təbliğatçınln verilişindən fraqment olan müvafiq video dərc edib. Məlumatı "donpress.com" nəşri yayıb.
 
"Bağışlayın, amma mən gerçəkdən anlaya bilmirəm, niyə indiyədək Kiyevin bəndi toxunulmaz qalır? Mən hesab edirəm ki, biz çox sərt cəzalandırma mövqeyinə keçməliyik. Bura baxın, onlar Belqorodu "kötəkləyir", biz isə Kiyevi "qorumağa" cəhd edirik", - Solovyov bəyan edib.
 
Onun bu bəyanatı verilişə dəvət edilən "ekspertlərdən" biri tərəfindən neqativ qarşılanıb. Lakin bu, Solovyovu dayandırmayıb və o, Rusiya ordusunun hansısa "xeyirxahlığından" danışmaqda davam edib.
 
Terror aktının törədilməsi çağırışına səbəb kimi təbliğatçı Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun Krım körpüsünün taleyi ilə bağlı xəbərdarlığını qeyd edib. 
 
"Əgər biz bəndi məhv etsək, o, Kiyevin başına gələcəkləri barədə düşünməli olacaq", - Kreml carçısı haray-həşir salıb.
 
Andryuşşenko diqqəti ona yönəldib ki, terror aktı törətməyə çağırış İsveçrədə sülh sammiti və Putinin sülhə nail olmaq istəyi fonunda edilib.
 
"Bir tərəfdən sammit iştirakçılarının Ukrayna və müttəfiqlərinin təkliflərini qəbul etməsi üçün gözəl imkan yaranıb. Digər tərəfdən isə onlar hətta daha gizlənmir. Nə "demilitarizasiya" və "denasifikasiya"?
 
Sadəcə, ukraynalıları məhv etməyə, birbaşa soyqırıma çağırış edilir. Biz bunu belə də bilirdik, lakin yarımmilyon rusiyalının artıq gizlənməməsi üçün iki il lazım olub", - Mariupol meri deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
moderator.az

1Mənbələr