AZ

Rusiyada təcridxanada 2 əməkdaşı girov götürənlər zərərsizləşdirilib

Rusiyada təcridxanada 2 əməkdaşı girov götürənlər zərərsizləşdirilib

Rusiyanın Rostov vilayətindəki təcridxanada 2 əməkdaşı girov götürən şübhəlilər zərərsizləşdirilib.Rusiya Federal Penitensiar Xidmətinin (FSIN) verdiyi açıqlamaya görə, Rostov vilayətindəki təcridxanada girovların xilas edilməsi üçün əməliyyat təşkil edilib.Açıqlamada "Əməliyyat zamanı əməkdaşları girov götürən cinayətkarlar zərərsizləşdirilib. Girov götürülən işçilər xəsarət almadan xilas edilib" - deyə bildirilir.FSIN Rostov vilayətindəki təcridxanada bəzi şübhəlilərin bu gün mərkəzin 2 əməkdaşını girov götürdüyünü bildirib.Aksiyanın təşkilatçılarının terror aktında iştirakda və İŞID terror təşkilatına bağlı olmaqda ittiham olunduğu, hadisədə 5-dən çox şübhəlinin əli olduğu bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
1
afn.az

2Mənbələr