AZ

Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Türkiyənin Qaziantep şəhərində minik avtomobili və kiçik ticari avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

“Qəza Qaziantep-Kilis avtomobil yolunun Zeytinli məhəlləsi ətrafında baş verib. Kiçik ticari avtomobil və minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb”, – agentlik bildirib.

Qeyd olunub ki, ölənlərin hər ikisi hadisə yerində keçinib. Yaralılar Qaziantepdəki xəstəxanalara aparılıblar.

Faktla bağlı araşdırma aparılır.























Bizi Facebookda izləyin

Seçilən
62
7
525.az

6Mənbələr