AZƏRTAC, 16 iyun, Vaşinqton
ABŞ-ın Texas ştatının Raund Rok şəhərində 2 nəfərin ölümü ilə nəticələnən atışma baş verib.
AZƏRTAC-ın məlumatına görə, hadisə “Old Settlers” parkında Köləliyin Ləğvi Gününə ("Juneteenth") həsr olunmuş mərasimdə qeydə alınıb. Tədbir zamanı iki qrup arasında mübahisə yaranıb və iştirakçılardan biri kütləyə atəş açıb. Hadisə zamanı 2 nəfər ölüb. İlkin məlumatda ikisi azyaşlı olmaqla 6 nəfərin xəsarət aldığı bildirilir. Polis şübhəli şəxslərin kimliyini araşdırır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton