![ABŞ](https://azertag.az/files/2024/2/1200x630/17185506492188418435_1200x630.jpg)
Vaşinqton, 16 iyun, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Qurban bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik edib.
AZƏRTAC-ın məlumatına görə, o bildirib ki, bu il Qurban bayramı bir çox müsəlmanın dərin ağrılar yaşadığı bir vaxta təsadüf edir. “Düşüncələrimiz təqib və münaqişənin fəsadları ilə üzləşənlər, o cümlədən nifrətdən qaynaqlanan zorakılıq və islamofobiyanın digər formalarının artmasını hiss edənlərin yanındadır”,- deyə A.Blinkenin açıqlamasında qeyd olunub.
ABŞ rəsmisi bildirib ki, ölkəsi müsəlman amerikalıların və çoxsaylı müsəlman icmaların daha yaxşı bir dünya qurulmasına verdiyi töhfələrdən xəbərdardır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton