AZ

Baş katib: Ümid edirik Azərbaycan 2026-cı ildə də dünya çempionatına ev sahibliyi edəcək

Baş katib: Ümid edirik Azərbaycan 2026-cı ildə də dünya çempionatına ev sahibliyi edəcək

"Dünya çempionatı Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə baş tutan ilk yarış oldu. Turnir gərgin mübarizə şəraitində keçdi. Belə çətin yarışda 10 komanda özünü yaxşı tərəfdən göstərməyə çalışdı".

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri federasiyanın baş katibi Maciej Miçel Olbriç Bakıda keçirilən çövkən üzrə dünya çempionatının mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Polşalı federasiya rəsmisi Azərbaycanın mundiala mükəmməl şəkildə ev sahibliyi etdiyini bildirib: "BÇF yarışın təşkilində Azərbaycana güvəndi. Bu gün də federasiyanın olduqca düzgün qərar verdiyinin şahidi olduq. Bildiyimiz kimi, çövkən üzrə dünya çempionatları iki ildən bir keçirilir. Biz ümid edirik ki, Azərbaycan 2026-cı ildə də bu turnirə ev sahibliyi edəcək. Bunun üçün çalışacağıq. Ölkənizin möhtəşəm təşkilatçılıq qabiliyyəti, həmçinin göz oxşayan atları var. Belə mötəbər turnirlərin təşkilində Azərbaycan ağla gələn ilk ölkədir".

M.M.Olbriç qurumun növbədənkənar ikinci Baş Assambleyasında mundialda iştirak edəcək ölkələrin sayını artırmaq barədə qərarın qəbul edildiyini söyləyib: "Çövkən günü-gündən dünyada tanınır. Bu, çox qürurvericidir. Ümid edirik ki, növbəti dünya çempionatında 16 və ya 20 komanda mübarizə aparacaq".

Qeyd edək ki, finalda Mərakeşi 2:0 hesabı ilə üstələyən Azərbaycan millisi dünya çempionu adına yiyələnib. Turnirdə 10 ölkədən komandalar iştirak edib.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
ilk.az

2Mənbələr