AZ

 "25 yaş tamam olmadan ailə qurmaq  qadağan olunmalıdır" - Təklif

İllərdir ki,  sosial sferada aparılan maarifçilik tədbirləri və ictimai kompaniyaların nəticəsi olaraq, həm qohum evliliyi, həm də  erkən nikahlara  son qoymaq üçün Milli  Məclis və  aidiyatı dövlət qurumları  bu mövzu üzərində müzakirələr aparır. Qeyd edək ki, Azərbaycanda bu problemlər əsrlər boyu olub və get- gedə  statistik nəticələrdə özünü  daha qabarıq göstərməyə başlayıb.

Yazıçı-kulturoloq Aydın Xan Əbilov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, istər qohum evliyiyi, istərsə də nikaha girməzdən öncə tibbi yoxlanışa getməmək  cəmiyyətin sağlamlığında ciddi problemlər yaradır. "İllər öncə ana və uşaq ölümləri ilə mübarizə aparırdıq, lakin indi qohum evliliyi ilə və azyaşlı qızların evləndirilməsi ilə bağlı mübarizə aparmağa məcburuq. Hər iki evlilikdən  dünyaya gələn uşaqların əksəriyyəti ya xəstə olur, ya da psixoji və mənəvi durumunda əksiklər olur". 

O, eyni zamanda belə evliliklər artıqca, boşanmaların sayının da artdığını bildirib: "Qan qohumları olan insanların nikaha  girməsi böyük problemlər yaradır və bunu həmişə pisləmişik. Statistika göstərir ki, qohum evliliyindən olan  10/15 faiz  uşaqların sağlamlığında ciddi problemlər var. Bütün bunları nəzərə almaqla qanunda ediləcək bu dəyişikliyi dəstəkləyirik. Ümumiyyıtlə düşünürəm ki, Azərbaycanda 25 yaşdan əvvəl ailə qurmaq qadağan olunmalıdır. Qoy gənclər ali təhsil alsınlar və  öz üzərində  iqtisadi, mənəvi və psixoloji güc tapdıqdan sonra  ailə qursunlar". 

Havar Şəfiyeva

Seçilən
26
yeniazerbaycan.com

1Mənbələr