AZ

Cəlil Cəfərov Avropa Voleybol Konfederasiyasının iclasında iştirak edib

Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, iyunun 15-də Latviyanın Yurmala şəhərində baş tutan toplantıda Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov iştirak edib.
 
İclasda cari ildə keçirilən turnirlər və nəticələri ətrafında geniş fikir mübadiləsi aparılıb. Avqustda Avropa Voleybol Konfederasiyasına prezident seçkilərinin keçiriləcəyini qeyd edən qurumun hazırkı prezidenti Aleksandar Boriçiç İdarə Heyətinin bütün üzvlərinə təşəkkür edib və onlara uğurlar arzulayıb. Görüşdə həmçinin qarşıdakı yarışlar müzakirə olunub.
 
Tədbir iştirakçıları 13-16 iyun tarixlərində Yurmalada təşkil olunan 2024 CEV Beach Volley Nations Cupda final oyunlarını da izləyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
sport24.az

3Mənbələr