"Roma" rəhbərliyi Dortmund "Borussiya"sının sabiq müdafiəçisi Mats Hummelsin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.
İtaliya klubunun idman direktoru Florent Qisolfi alman futbolçunun yaxın ətrafı ilə əlaqə saxlayıb, onun bu yay transferinin mümkünlüyünü müzakirə edib.
Qeyd edək ki, 35 yaşlı futbolçu "Borussiya"nın heyətində ümumilikdə 508 matça çıxıb, 38 qol vurub, 23 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta