AZ

Makronun məğlubiyyəti Ollandı ümidləndirdi – İddiasını ortaya qoydu

2012-2017-ci illərdə ölkəyə rəhbərlik etmiş Fransanın keçmiş prezidenti Fransua Olland Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərdə namizədliyini irəli sürəcəyini açıqlayıb.
 
Eks-prezident Sosialist Partiyasını təmsil edəcək, onun namizədliyini sol qüvvələrin “Yeni Xalq Cəbhəsi” koalisiyası da dəstəkləyib.
 
Fransada iyunun 9-da keçirilən Avropa Parlamentinə seçkilərdə sağçı “Milli Birlik” Partiyası 31.36 faiz səs toplayaraq Prezident Emmanuel Makron tərəfdarlarının koalisiyasını iki dəfədən çox qabaqlayıb. Bundan sonra Makron Fransa parlamentinin aşağı palatasının buraxıldığını və erkən parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.
 
Seçkilər iki mərhələdə - 30 iyun və 7 iyulda keçiriləcək. /Teleqraf.com/
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
moderator.az

2Mənbələr