AZ

Türkiyədə Qurban bayramı: Antalya aeroportu dəqiqədə bir təyyarə qəbul edir

Türkiyədə Qurban bayramı: Antalya aeroportu dəqiqədə bir təyyarə qəbul edir

Türkiyədə Qurban bayramı münasibətilə doqquz günlük tətilin ilk günündə Antalya hava limanına dəqiqədə bir təyyarə eniş edir.

Bu barədə AZƏRTAC Türkiyə Dövlət Hava Limanları İdarəsinin (DHMI) məlumatına istinadla xəbər verir.

İdarənin məlumatına əsasən, təkcə ötən gün Antalya beynəlxalq hava limanına 1100 təyyarə enib, onların göyərtəsində 200 minə qədər sərnişin olub.

Ümumiyyətlə, Türkiyənin “turizm paytaxtı”nın səlahiyyətli orqanları tətil üçün şəhərə milyondan çox turistin gələcəyini ehtimal edirlər.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi sərnişin axını göstəricisini ildə 35 milyon nəfərdən 80 milyon nəfərə çatdırmaq məqsədilə Antalya aeroportunun genişləndirilməsi planları barədə açıqlama yayıb. Layihəyə 750 milyon avro vəsaitin xərclənməsi planlaşdırılır.

Ramin Abdullayev

Ankara

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
4
ilk.az

5Mənbələr