AZ

Ermənistanda Prokurorluq deputatın əmlakına qismən həbs qoydu – KİV


Ermənistan Prokurorluğu parlament üzvü İşxan Zakaryan və onun ailə üzvlərinin əmlakına qismən həbs qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hetq” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, prokurorluq Zakaryanı, həyat yoldaşını, oğlunu və gəlinini mülkləri ilə bağlı iş materialları ilə tanış olmaq üçün dəvət edib.
Zakaryanın, onun həyat yoldaşı Qayane Soqomonyanın, oğlu Vardan Zakaryanın və gəlini Seda Adamyanın əmlakı araşdırılır.
Agentlik hələ ki, hesab etdiyi əmlakların tam siyahısını dərc etməyib.
Qeyd edək ki, İşxan Zakaryan 2007-2017-ci illərdə Respublikanın Nəzarət Palatasının rəhbəri olub. 2018-2021-ci illərdə “Tsarukyan” blokundan deputat olub, 2021-ci ilin yayında keçirilən növbədənkənar seçkilərdən sonra isə müxalifətdəki “Namusum var” fraksiyasından deputat olub, lakin sonra ordan çıxıb və hazırda müstəqil deputat kimi fəaliyyət göstərir.
İyunun 12-də respublikanın məhkəmə icraçıları xidməti Qayane Soqomonyanın ümumi məbləği 43 milyon 649 min dram (112 milyon dollar) olan bank əmanətlərinə həbs qoyub. İşxan Zakaryanın 755 milyon dram (təxminən 1 milyon 935 min dollar) məbləğində əmlakına həbs qoyulub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
50
yeniavaz.com

10Mənbələr