AZ

AÇ-2024: İngiltərə millisi çempion olsa…

İngiltərə yığmasının futbolçuları AÇ-2024-ü qazanacaqları halda 9,6 milyon funt-sterlinq (11,3 milyon avro) məbləğində mükafat alacaqlar.

Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, İngiltərə yığmasını baş məşqçisi Qaret Sautqeyt “Üç şir” AÇ-2024-ün qalibi olacağı təqdirdə 4 milyon funt-sterlinq (4,7 milyon avro) məbləğində mükafat alacaq.

Xatırladaq ki, AÇ-2024-də İngiltərə yığması “C” qrupunda Serbiya, Sloveniya və Danimarka yığmaları ilə mübarizə aparacaq.

İngiltərə yığması yarışa bu gün, iyunun 16-da Serbiya yığması ilə oyunla başlayacaq. İngilislər iyunun 20-də Danimarka, iyunun 25-də isə Sloveniya yığması ilə qarşılaşacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
arena.az

1Mənbələr