AZ

Deputat: "Milli Prioritetlərin icrası Azərbaycanı sosial rifaha malik qüdrətli dövlətə çevirəcək"

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbədən sonra yeni bir mərhələyə qədəm qoyub və bu mərhələnin tələblərinə uyğun olaraq inkişaf strategiyasını, hədəflərini müəyyənləşdirərək, buna uyğun addımlar atılmaqdadır.

 Bunu "Ölkə.Az"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov deyib.

 Millət vəkilinin sözlərinə görə, cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 17 il ərzində Azərbaycan  hərtərəfli formada sıçrayışlı inkişaf yolu keçib.

"Ötən bu müddət ərzində cənab Prezident İlham Əliyevin siyasi,  iqtisadi, sosial, mədəni  sahədə  həyata keçirilən uzaqgörən, məqsədyönlü, konkret hədəflərə xidmət edən  islahatları  nəticəsində  Azərbaycan dünyanın iqtisadi və ordu cəhətdən  güclü dövlətlərindən birinə çevrilib.

Azərbaycan qarşısında duran problemlər həllini tapıb. Ən əsası da Azərbaycanın bir nömrəli problemi olan Ermənistanın təcavüzkarlıq siyasətinə son qoyularaq, ərazi bütövlüyü təmin olunub. Qarabağ münaqişəsi bir siyasi termin kimi gündəlikdən çıxarılıb. Cənab Prezident tərəfindən həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib və bunun nəticəsi olaraq son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda yer alaraq mövqeyini möhkəmlədib.

Həyata keçirilən məqsədyönlü  və uzaqgörən siyasət nəticəsində artan iqtisadi gücü hesabına  Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı yaradıb.  Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevirib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıb. Əldə edilən uğurlar nəticəsində ölkəmizin  hərbi qüdrətini artırmaqla, bölgədə  Azərbaycanın maraqlarına xidmət edən yeni  bir vəziyyət yaratdı. Məhz Cənab Prezident İlham Əliyevin hədəflərə xidmət edən müdrik siaysəti nəticəsində bölgədə vəziyyəti xeyrimizə dəyişdirməklə Qarabağ məsələsini birdəfəlik həll etməsinə nail oldu"- millət vəkili qeyd edib.

Millət vəkili əlavə edib ki, ona görə də 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır. "Əldə edilmiş qələbəni möhkəmləndirmək və  qarşıdakı illərdə sistemli və davamlı islahatlar həyata keçirməklə ölkəmizin iqtisadi gücünü və qüdrətini artırmaq üçün  cənab Prezident ciddi addımlar atmaqdadır. Cənab Prezident artıq bunun barəsində mövqeyini açıqlayıb və siaysi iradəsi ortadadır. Möhtəşəm, tarixi qələbənin əldə edilməsi ilə bu ildən etibarən Azərbaycanın sosial-iqtisadi sahədə inkişafının yeni bir məhələsi başlayır.  Məhz buna görə də ölkə başçısı tərəfindən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"  sərəncamı imzalanıb. Bu sərəncam Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə imkan yaradacaq. Bu sərəncamda  ölkənin gələcək inkişafı ilə bağlı  kompleks prioritet məsələlər öz əlksini tapacaq. Çünki 20 faiz torpaqlarımızın işğaldan azad edilməsi ölkə iqtisadiyyatının böyüməsi deməkdir. İqtisadiyyatın böyüməsi isə insanlarımızın daha yaxşı maddi və  sosial rifah halında yaşaması deməkdir. Milli Prioritetlər  məhz bu hədəflərə nail olunmasına xidmət edəcək".

Millət vəkili onu da əlavə edib ki, o baxımdan da növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsidir: "Təsdiq olunmuş sənəd dövlətin növbəti 5 strateji prioritetlərini müəyyən edib:

- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;- İqtisadiyyatda tətbiq olunacaq yeniliklər və təsdiq olunmuş “Milli Prioritetlər” özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırıcaq".

MürtəzaÖlkə.Az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
turanpress.com

1Mənbələr