AZ

Aleksandar Pavloviç “Bayern”lə yeni müqaviləyə imza atdı

“Bayern” komandanın serbəsilli almaniyalı dayaq yarımmüdafiəçisi Aleksandar Pavloviç lə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Yenilənmiş müqavilə 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Gənc futbolçu bu münasibətlə öz fikirlərini ifadə edib:

“Təəssüf ki, tonzillit evdəki Avropa çempionatında oynamağıma mane oldu, bu, çox məyusedicidir, amma “Bayern”lə müqaviləmin müddətini 2029-cu ilə qədər uzatmaqdan çox məmnunam. Bu, onu göstərir ki, klub mənə güvənir və mən də bu etimadı doğrultmaqdan şadam.

“Bayern” mənim evimdir. Mən fəxr edirəm, xoşbəxtəm və minnətdaram. Komanda ilə qənimətlər qazanmaq və şəxsi tərəqqimi davam etdirmək istəyirəm”, deyə Pavloviç vurğulayıb.

Öz növbəsində “Bayern”in idman direktoru Maks Eberl də Almaniya nəhənginin gənc “dayaqçı” ilə müqaviləsini yeniləməsi haqda mövqeyini açıqlayıb:

“Aleksandar Pavloviç bizim istədiyimiz və həmçinin “Bayern” azarkeşlərinin də istədiyi oyunçudur: yeniyetmə yaşlarından klubda əsas komandaya qədər yol keçmiş, əslən münhenli.

O, bir nümunədir. O, özünü ən yüksək səviyyədə bəyan etdi. Bu kimi oyunçular “Bayern” simasını təmsil edirlər və gənclərin inkişafının parlaq nümunələridir. Aleks komandamızın gələcəyinin simalarından birinə çevrilməlidir”, deyə alman mütəxəssis Münhen klubunun futbolçu ilə müqaviləsini yeniləməsində nəzərdə tutduğu strategiyanı vurğulayıb.

Aleksandar Pavloviç futbolda ilk addımlarını “Fürstenfeldbruk” klubunda atıb və buradan “Bayern”in futbol akademiyasına yol taparaq, tərəqqisinə davam edib. “Bayern” 2023-cü ilin noyabrında “dayaqçı”sını əsas komandaya keçirib.

Geridə qalmış 2023/2024-cü illər mövsümndə Pavloviç “Bayern”in heyətində bütün yarışlarda 22 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Aleksandar Pavloviç 2024-cü ilin iyununda Almaniya yığmasında debüt edib, meydanda 19 dəqiqə keçirib, məhsuldar fəaliyyət göstərməyə isə macal tapmayıb.

Aleksandar Pavloviçin qənimətlər muzeyində “Bayern”lə 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasının çempionluğu var.

“Transfermarkt” internet-portalı 20 yaşlı almaniyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
arena.az

1Mənbələr