AZ

Pakistanda sərnişin avtobusu aşıb, ölənlər və yaralılar var

Pakistanın cənubunda Karaçi-Sukkur marşrutu ilə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

İnsident Xeyrpur şəhəri (Sind əyaləti) yaxınlığında baş verib. Belə ki, avtobus sürücüsü ötmə manevrini yerinə yetirən zaman idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb.

Qəza nəticəsində sürücü və 3 sərnişin həlak olub, daha 14 nəfər yaralanıb.

Yaralıların hamısı Xeyrpur xəstəxanasına çatdırılıb, onlardan üçünün vəziyyəti ağırdır.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
6
news365.az

7Mənbələr