AZ

AÇ-2024: İngiltərə millisi üçün nəzərdə tutulan mükafat məlum olub

İngiltərə millisinin futbolçuları 2024-cü il Avropa çempionatını qazanacaqları halda 11,3 milyon avro mükafat alacaqlar.



Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, ingilislərin turnirdə qalib gələcəyi təqdirdə, millinin baş məşqçisi Qaret Sautqeyt 4,7 milyon avro mükafat alacaq.



Bundan əlavə, İngiltərə millisinin AÇ-2024 üçün nəzərdə tutulan ümumi mükafat fondu Qətərdə keçirilən 2022-ci il dünya çempionatında birinci yer üçün gözlənilən bonusların məbləğindən çoxdur.



Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində ingilislər Serbiya, Danimarka və Sloveniya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAÇ-2024 İngiltərə millisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
komanda.az

3Mənbələr