AZ

Azərbaycanda hakim telefonla danışa-danışa oyunu idarə etdi - Böyük səs-küy yaradacaq VİDEO

Bir bu qalmışdı…

Baş hakim oyuna telefonla çıxır.Qarşaşılaşmanın gedişində ona zəng gəlir və «yus» düyməsini basır.

Bu, bir neçə dəqiqə davamedir. Həmin anlarda isə meydançada «döyüşkən futbol» gedir.

Azyaşlı oyunçular sərtliyi kobudluqla qarşdırır, «referi» isə olanlara diqqət yetirmir, kor-koranə «davam» işarəsi verir. Kənardan ona bildirilən iradları qulaqardına vurur.

Hadisə AFFA-nın bayrağı altında keçirilən aşağı liqaların birində qeydə alınıb.

Güman edirik ki, federasiya rəhbərliyi olaya bu dəfə barmaqarası yanaşmayacaq, araşdıracaq və gözlənilən qərarı çıxaracaq.

Başqa hakimlərə dərs olsun deyə…

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
3
sportinfo.az

4Mənbələr