AZ

“Yaşıl dünya uğrunda həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb

“Yaşıl dünya uğrunda həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb

“Yaşıl dünya uğrunda həmrəylik ili” çərçivəsində Anqolada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının dəstəyi və Camunga musiqi məktəbinin Simfonik Orkestri mərkəzinin birgə təşkilatçılığı ilə məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi açılıb. Sərgi Anqolanın Luanda şəhərindəki Camunga mərkəzində açıq havada keçirilib.

Bunu AZƏRTAC-a təşkilatın təsisçisi və prezidenti Billurə Bayramova- Bernard bildirib.

Onun sözlərinə görə, belə tədbirlərin keçirilməsi çox vacibdir: “Mərkəz valideynlərini itirmiş, aztəminatlı və fiziki cəhətdən qüsurlu uşaqların evidir. Məqsəd həmin uşaqlara yeni dünyaya bir pəncərə açmaqdır”.

Tədbirdə çıxış edən iştirakçılar sərginin əhəmiyyətindən danışıb, ekoloji mühitin yaxşılaşdırılması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin bütün ölkələr üçün prioritet vəzifə olduğunu bildiriblər. Belə sərgilərin keçirilməsində məqsəd insanları, xüsusilə gəncləri ekoloji proseslərdə fəal iştiraka sövq etmək, bu sahədə maarifləndirmə yollarını təbliğ etmək və genişləndirməkdir.

Sərgidən sonra iştirakçılar Luandada yeni açılmış Elm Muzeyini də ziyarət ediblər.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
4
ilk.az

5Mənbələr