AZ

Orduda Qurban bayramı münasibətilə tədbirlər keçirildi

Azərbaycan Ordusunun qoşun növləri, birlik və birləşmələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirib.

Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlıqlar kəsilib, onlar üçün bayram süfrələri təşkil edilib.

Müdafiə nazirinin tapşırığına əsasən Qurban bayramı münasibəti ilə Bakı şəhərində, eləcə də respublikamızın digər bölgələrində şəhidlərimizin məzarları ziyarət olunub, onların ailə üzvlərinə və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə baş çəkilib, onlara Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.


Müəllif: Teleqraf.com
Seçilən
15
18
teleqraf.com

10Mənbələr