AZ

Azərbaycanlı zəvvarlar Məkkədə Həcc qurbanlarını kəsiblər (VİDEO)

Bakı. Trend:

Bu gündən dünya müsəlmanlarının müqəddəs Qurban Bayramıbaşlayıb.

Trend xəbər verir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhərindəmüqəddəs Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar Həccqurbanlarını kəsdirməyə başlayıblar.

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə azərbaycanlızəvvarların Həcc Ziyarətində iştirakı davam edir. 15 iyunda Ərəfagününü başa vurduqdan sonra iyunun 16-da səhər saatlarındanbaşlayaraq Məkkədəki qurbangahlarda milyonlarla zəvvarlarınqurbanları kəsilir. Bayramın üç günü ərzində qurbanların kəsilməsidavam edəcək. Azərbaycandan olan ziyarətçilər əsasən bayramın ilkgünlərində qurbanlarını kəsdirirlər.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarətinə görə 1500nəfərlik kvota verilib. Həcc ziyarəti üçün Azərbaycanlı zəvvarlarınHəcc ziyarəti mərhələli şəkildə iyunun 4-dən başlayıb.

Həcc Ziyarətinin qruplara müvafiq olaraq iyunun 29-dan iyulun1-dək başa çatdırılması və Mədinə şəhərinin ziyarəti iləyekunlaşdırılması nəzərdə tutulur. İyunun 23-dən Azərbaycanın Həccmissiyası Məkkədən Mədinə şəhərinə transfer edəcəklər. İyunun26-dan zəvvar qruplarının sıra ardıcıllığı ilə ölkəmizə qayıdışıbaşlayacaq. Sonuncu zəvvar qrupu Mədinədən 1 iyulda Azərbaycanaqayıdacaq.

Zəvvarlar ziyarət dövründə Həccin əməllərini mərhələlərlə yerinəyetirirlər. Zəvvarlara təyin edilmiş qrup rəhbərləri onlarabələdçilik etməklə bərabər, lazımi təlimatları verərək Həccəməllərinin düzgün şəkildə yerinə yetirilməsinə nəzarətedirlər.

Qeyd edək ki, Həcc Ziyarəti Uca Allahın müsəlmanlara buyurduğuhökmlərindən və İslam dininin təməl şərtlərindən biridir. Həccinyekununda zəvvarlar İsmayıl qurbanını kəsdirərək ehramdan çıxmışsayılırlar.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
4
az.trend.az

5Mənbələr